Ata iki oğlunu Şeremetevo hava limanında buraxaraq gedib

Ata 8 və 5 yaşlarında olan oğlanlarını Rusiyanın Şeremetevo hava limanının D terminalında buraxıb. 

TASS-ın verdiyi xəbərə görə, bu barədə hava limanının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anna Zaxarenkova məlumat verib. O bildirb ki, hava limanının işçiləri uşaqları terminaldakı polis şöbəsinə təhvil veriblər.

Uşaqlardan biri 2011-ci il, digəri isə 2014-cü il təvəllüdlüdür.

A.Zaxarenkova əlavə edib ki, ilkin məlumata görə, ata oğlanları ilə Xabarovsk şəhərindən Moskvaya Rusiya Hava Yolları reysi ilə uçublar. Uşaqların çantasında onların doğum haqqında şəhadətnamələri və atalarının yazdığı qeyd tapılıb.

Uşaqları hava limanında atıb gedən şəxsin harada olduğunun müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mingəçevirdə zəlzələ olub

Sonrakı məqalə

Koronovirus Rusiyaya gəlib çatdı –