“Atabank” və “Zamin Bank”ın əmlakları icarəyə verilir

 

Fevralın 21-də ləğv prosesində olan “Atabank” və “Zamin Bank” ASC-lərin daşınmaz əmlaklarının icarəyə verilməsi üzrə açıq hərraclar keçiriləcək.

Bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət “Atabank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsindəki 496,4 kv.m-lik və “Zamin Bank”a məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsindəki 123,1 kv.m-lik qeyri-yaşayış sahələrindən gedir.

Hərraclarda iştirak üçün ərizələr fevralın 18-nə qədər qəbul olunur. Hərraclar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vüsal Qasımlı:

Sonrakı məqalə

Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb