Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

 

Hacıqabul sakininə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, həmin şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul rayonu Atbulaq kənd sakini Elgün Baxşəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin adı çəkilən şəxs təyin olunan qaydalara baxmayaraq, yaşayış yerini tərk edib. Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atabank” və “Zamin Bank”ın əmlakları icarəyə verilir

Sonrakı məqalə

Məktəbdaxili münasibətləri tənzimləyən yeni qaydalar hazırlanır