ATƏT sədri Azərbaycana gəldi– Cənubi Qafqazla bağlı mühüm mesaj verdi

İsveçrənin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycana səfərə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə İqnatsio Kassis sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığa böyük önəm verir. “İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir. Biz ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığımızı dərinləşdirməyə çalışırıq. Eyni zamanda, ATƏT-ə sədrliyimiz çərçivəsində Cənubi Qafqazda dialoqu, sülhü, sabitliyi və rifahı təşviq edirik. Bu səfər daha geniş regional əməkdaşlığın başlanğıcını simvolizə edir”, – deyə Kassis vurğulayıb.

Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri regional turne çərçivəsində Azərbaycanla yanaşı, Ermənistan və Gürcüstana da səfər edəcək.

Səfər zamanı Cənubi Qafqazda təhlükəsizlik, regional əməkdaşlıq, sülh prosesi və iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.