Attraksion xarab oldu, insanlar başıaşağı, asılı vəziyyətdə qaldılar –

VİDEO
20 İyul 2020 - 09:54

Karusel öz sərnişinlərini yuxarı qaldırıb, lakin çevrilərkən nasazlıq yaranıb. Nəticədə, insanlar havada başıaşağı vəziyyətdə qalıb.

“Mash” “Telegram” kanalı Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində baş verən hadisənin görüntülərini paylaşıb.

Məlumata görə, sərnişinlər səkkiz dəqiqə belə vəziyyətdə qaldıqdan sonra onları endirmək mümkün olub.

Xoşbəxtlikdən, hadisə qurbansız ötüşüb. İnsanlar təhlükəsizlik kəmərlərini bağlayıblar və müstəqil şəkildə azad olmağa cəhd etməyiblər.