ATƏT nümayəndəsi Ukraynada ərzaq alarkən həlak oldu

atet monit

ATƏT-in Ukraynadakı müşahidəçilər missiyasının üzvü Marina Fenina Rusiya qoşunlarının Xarkov şəhərini atəşə tutması zamanı həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə ATƏT məlumat yayıb. Məlumata görə, M.Fenina ailəsi üçün ərzaq alarkən ölümcül yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb.

ATƏT bildirir ki, Ukraynanın digər şəhərlərində olduğu kimi Xarkovda da raket və artilleriya zərbələri nəticəsində bir çox yaşayış binası dağılıb. Təşkilatın sədri Zbiqnev Rau və baş katibi Helqa Mariya Şmid Rusiyanı bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir