“Autizmli uşaqlarla verilən müavinətlər niyə kəsilib?” –Deputatdan məmurlara sərt mesaj

“Bizə müharibə iştiraçıları tərəfindən əlilliklə bağlı xeyli müraciət daxil olur. Biz o insanlara borcluyuq. Onları get-gələ salmaq olmaz. Onların get-gələ salanlara layiqli cavablar verilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat çıxışı zamanı autizmli uşaqlarla bağlı məsələni də qaldırıb: “Bu cür insanlara xüsusi qayğı lazımdır. Həmin uşaqlara verilən simvolik müavinətlər də kəsilib. Onlara diaqnoz qoymaq çox asan məsələdir. Gərək həmin məmurların uşaqları elə olsun ki, görsün ki, onlara nə qədər vəsait xərclənir”. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsi ilə məşğul olmur?” –

Sonrakı məqalə

““Uşaqpulu” mövzusu ilə xalqı alçaldan yaramazların cavabını verəcəyik” –