Avqustun 1-2-də Bakı-Sumqayıt elektrik qatarları işləməyəcək

29 İyul 2020 - 16:42

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1-2 avqust tarixlərində hərəkətdə olmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən  bildirilib ki, Diqqət! Xatırlatmaq istərdik ki, qeyri-iş günləri olan 31 iyul və 3 avqust tarixlərində saat 17:30 və 18:35-də yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17:40 və 19:05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07:40 və 09:15-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, saat 08:00 və 09:20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.