Avropa əhalisinin 7 faizinə peyvəndin hər iki dozası vurulub –

ÜST
29 Aprel 2021 - 12:58

“Avropa regionunda yeni növ koronavirus (COVID-19) infeksiyasına ilk yoluxmanın qeydə alınmasından 462 gün ötür”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge deyib.

O bildirib ki, təsdiqlənmiş yoluxma hallarına görə bütövlükdə Avropa regionunda əhalinin 5,5 faizi hazırda COVID-19 xəstəsidir.

“Artıq region əhalisinin 7 faizinə peyvəndin hər iki dozası vurulub”, – deyə H. Kluge vurğulayıb.