“Avropa 1945-ci ildən bəri ən sərt qışla üzləşəcək”- Serbiya prezidenti

“Serbiya və bütövlükdə Avropa 1945-ci ildən bəri ən sərt qışla üzləşəcək”.

Azpost.info xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

“İnsanlar bilsinlər ki, növbəti yarım il İkinci Dünya müharibəsindən sonra bütün Avropa üçün ən çətin dövr olacaq. Hər halda, Serbiya və onun vətəndaşları üçün ən çətin illərdən biri olacağını bilmənizi istəyirəm”, – Vuçiç bildirib.

Vuçiçin sözlərinə görə, hazırda Serbiyanın yeraltı qaz anbarında və Macarıstandakı anbarlarda Serbiya dövləti üçün 663 milyon kubmetr qaz ehtiyatı saxlanılır. Bu həcmin iki aya kifayət edəcəyi güman edilir.

Azpost.info

Əvvəlki məqalə

MEDIA VƏ MÜHARİBƏNİN SİMASI

Sonrakı məqalə

Xalq artisti Ənvər Həsənovun səhhəti normallaşıb