Avropa Elmlər Akademiya Birliyinə üzv olmaq üçün sənədləri hazırlayırıq.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
“Bunun sayəsində dünya akademiyaları ilə bir yerdə layiqli yerimizi tutacağıq. Gürcüstan, hətta Moldova Avropa Elmlər Akademiyaları Birliyinə üzvdür, amma biz yoxuq. Bu istiqamətdə işlər aparırıq” – o, qeyd edib.