“Avropa ilə yeni Vətən müharibəsi başlayıb”- MEDVEDEV

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi Avropanı “Rusiya ilə savaşanların varisi” adlandırıb.

Azpost.info xəbər verir ki, Medvedev Avropa ilə yeni Vətən müharibəsinin başladığını deyib.

“Ukronasistlər və Qərbi Avropa Rusiyaya qarşı vuruşanların birbaşa varisləridir. Müharibə buna görə də onlarla yeni bir Vətən Müharibəsinə çevrilib. Qələbə bizim olacaq. 1812 və 1945-ci illərdə olduğu kimi”, – Medvedev yazıb.

Yanvarın 20-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel qeyd edib ki, Rusiya sona qədər döyüşməyə öyrəşib, ona görə də Ukraynanı silahlandırmaqda davam etmək lazımdır.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Çin Sədrini təbrik etdi

Sonrakı məqalə

Ötən il metrodan neçə nəfər istifadə edib?