Avropa İttifaqı daha 6 rusiyalını sanksiya siyahısına daxil etdi

Avropa İttifaqı Krımdakı məhkəmə, prokurorluq və FTX əməkdaşlarından altı rusiyalını sanksiya siyahısına əlavə edib.

Azpost.info xəbər verir ki, siyahı Aİ-nin rəsmi jurnalında dərc olunub.

Siyahıda Simferopol rayon prokurorunun müavini Yelena Podolnaya, FTX zabiti Denis Korovin, Simferopol Rayon Məhkəməsinin hakimi Dlyaver Berberov, FTX müstəntiqi Vitali Vlasov, Krım Ali Məhkəməsinin hakimi Viktor Krapko, prokuror Anastasiya Supryaqa yer alıb.

Aİ hesab edir ki, sanksiyaya məruz qalanlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyırlar.

Azpost.info

Əvvəlki məqalə

Daha iki siyasi partiya qeydiyyatdan keçib –

Sonrakı məqalə

Dolu düşəcək, sulu qar yağacaq, temperatur 5-8 dərəcə aşağı enəcək