“Avropa İttifaqı Avropanı müdafiə etməyə qadir deyil”- NATO Baş katibi həyəcan təbili çalır

NATO-nun Baş katibi Yens Stoltenberqin fikrincə, Aİ Avropanı müdafiə etmək iqtidarında deyil.

Yens Stoltenberq bu barədə “El Pais” qəzetinə müsahibəsində deyib. “Gələn həftə Parisə getməyi və Prezident Emmanuel Makronla alyansın “beyninin ölməsi” barədə məsələni müzakirə etməyi planlaşdırıram. Deyə bilərəm ki, NATO bu gün güclü, operativ və təhlükəsizliyimiz üçün vacib qurumdur. Avropa İttifaqı transatlantik bloku əvəz edə bilməz. Aİ lazımlıdır, lakin o, Avropanı qoruya bilməz”, – deyə NATO-nun baş katibi bildirib.

O, hesab edir ki, Avropanı Şimali Amerikadan ayırmaq cəhdləri NATO-nu zəiflətməklə yanaşı, Avropanı da böləcək. “Alyans 70 il ərzində sülhü qoruyub və münaqişələrdən yayınıb. Biz hələ uzun illər bu məcrada davam edəcəyik”, – deyə Stoltenberq əlavə edib.

Xatırladaq ki, Emmanuel Makron “The Economist” jurnalına müsahibəsində NATO-nun ittifaq daxili koordinasiyasını itirdiyini və hazırda “beyin ölümü” vəziyyətinə düşdüyünü deyib. Fransa prezidenti, həmçinin Avropanın özü barədə müstəqil geosiyasi güc qismində düşünməli olduğunu, əks-təqdirdə öz müqəddəratına nəzarəti itirəcəyini vurğulayıb(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə restoranlar on ayda 1 milyard 250 miyon manat QAZANIB –

Sonrakı məqalə

Külək güclənəcək, yağış, sulu qar, qar yağacaq