Ölkədə restoranlar on ayda 1 milyard 250 miyon manat QAZANIB –Ən çox hansı rayonlarda yeyib-içirlər? (SİYAHI) VİDEO

2019-cu ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 1milyard 251 milyon 5 yüz min manat olub.

Azpost.info fed.az-a istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2 faizi hüquqi şəxslərin, 57,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 522,8 milyon manat olub.

Azərbaycanda restoranların dövriyyəsinin 69%-i Bakı şəhərinin payına düşür.

Yanvar-sentyabr aylarında isə ölkə üzrə restoranların dövriyyəsi 1 milyard 11 milyon manatı keçib. Bunun 755 milyon 612 min manatı Bakı şəhərində qeydə alınıb. Son bir ildə Bakıda restoran dövriyyəsi 6,9% artıb.

Bakıdan sonra gələn Gəncə restoranlarında 9 ayda 28 milyon manat, Sumqayıtda 26,7 milyon manat  dövriyyə olub. Restoran dövriyyəsinə görə sonrakı yerləri Azərbaycanın turizm bölgələri sayılan Xaçmaz və Qəbələ tutur. Xaçmaz restoranları 9 ayda 12,1 milyon, Qəbələ də isə 11,9 milyon manat dövriyyə ediblər.

Azərbaycanda ən böyük restoran dövriyyəsi olan rayonlar bunlardır:

Gəncə şəhəri 28 milyon manat

Sumqayıt şəhəri 26,7 milyon manat

Xaçmaz rayonu 12,1 milyon manat

Qəbələ rayonu 11,9 milyon manat

Bərdə rayonu 11,6 milyon manat

Abşeron rayonu 10,6 milyon manat

Quba rayonu 8,4 milyon manat

Göyçay rayonu 7,6 milyon manat

Tovuz rayonu 7,5 milyon manat

Masallı rayonu 7,3 milyon manat

Lənkəran şəhəri 7,2 milyon manat

Biləsuvar rayonu 7,2 milyon manat

Şamaxı rayonu 6,2 milyon manat

Ağcabədi rayonu 6 milyon manat

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir

Sonrakı məqalə

“Avropa İttifaqı Avropanı müdafiə etməyə qadir deyil”