Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirəcək.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib. Komisiya rəhbəri Belarus rejimini təcavüzkar adlandırıb: “Bu müharibədə daha bir təcavüzkar var. Ukraynaya bu təcavüzkar hücuma şərik olan Lukaşenko rejimi də bizim hədəfimizdir”.
Onun sözlərinə görə, sanksiyalar Belarusdan Avropa İttifaqına (Aİ) müxtəlif malların, o cümlədən neft məhsulları, tütün məmulatları, ağac, sement və polad idxalını dayandıracaq. Bununla yanaşı, Aİ artıq Rusiyaya tətbiq etdiyi ixrac məhdudiyyətlərini Belarusa da tətbiq edəcək. Bu, Moskvanın sanksiyalardan yan keçməməsi üçün edilir.
Azpost.info
