Avropa İttifaqı bu il Kiyevə 21 milyard avro hərbi yardım ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyini davam etdirəcək və cari ildə azı 21 milyard avro hərbi yardım ayıracaq.

Bu barədə Avropa Komissiyasının (AK) icraçı sədr müavini Valdis Dombrovskis bildirib.

“Bu il hərbi dəstəyimiz xeyli artacaq. Ümumilikdə, son 3 ildə Aİ-yə üzv dövlətlər birgə 28 milyard avro dəyərində hərbi yardım göstərib. Bu il üçün qurum təxminən 21 milyard avro yardım etməyi planlaşdırır. Bu məbləğ daha da yüksək ola bilər”, – deyə V.Dombrovskis qeyd edib.

AK sədrinin müavini təsdiqləyib ki, Avropanın kollektiv səyləri ilin sonuna qədər bir milyon artilleriya mərmisinin çatdırılmasına yönəlib: “Biz bu səyləri növbəti illərdə də davam etdirəcəyik. Əlbəttə ki, bu təchizatın vacibliyini başa düşürük”.

Əvvəlki məqalə

Viktor Orban Trampla Floridadakı malikanəsində görüşüb

Sonrakı məqalə

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı