Avropa İttifaqı Şurası Ermənistana müvəqqəti ticarət güzəştlərini rəsmi olaraq qəbul edib.
Bu barədə Aİ Şurası məlumat yayıb.
Bildirilib ki, bu tədbirlər Rusiyanın ticarət məhdudiyyətləri fonunda Ermənistan məhsullarının ixracatının 80%-nin Avropaya həyata keçirilməsini asanlaşdıracaq.
Qeyd olunub ki, Ermənistanın bir sıra məhsullarının, o cümlədən kənd təsərrüfatı mallarının Aİ ölkələrinə ixracı üçün gömrük vergisi ləğv olunur.
Müvəqqəti tədbirlərin iki il ərzində qüvvədə olacağı vurğulanıb.