Avropa İttifaqı Kosovo ilə əməkdaşlığını dayandırıb- AÇIQLAMA

“Avropa İttifaqı Kosovo ilə yüksək səviyyəli siyasi səfərləri və maliyyə əməkdaşlığını dayandırıb”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər Xidmətinin sözçüsü Peter Stano bildirib.

Onun sözlərinə görə, bu qərar regionun baş nazirinin Serbiya anklavlarında deeskalasiyanı təmin edə bilməməsi səbəbindən qəbul edilib.

Stano bu tədbirlərin sanksiya olmadığını deyib.

“Kosovonun Baş naziri Albin Kurti Kosovoda Aİ-nin gərginliyin azaldılması səylərinin qarşısını aldı. Bununla əlaqədar Kosovo ilə yüksək səviyyəli səfərlərin və maliyyə qarşılıqlı əlaqələrin dayandırılması da daxil olmaqla, dərhal qüvvəyə minəcək bir sıra tədbirlər görməyə qərar verdik”, – Stano bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Bakı metrosu yay qrafikinə keçir

Sonrakı məqalə

Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək