Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketinə hazırlaşır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini müzakirə edir.

Azpost.info xəbər verir ki, TASS bunu Aİ Şurasındakı ölkələrdən birinin nümayəndə heyətində təmsil olunan mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, oktyabrın 10-dakı növbəti eskalasiyadan sonra Rusiyaya qarşı sanksiyaların yeni raundu müzakirə olunur. O, yeni məhdudiyyətlərin təfərrüatlarını açıqlamayıb.

Oktyabrın 6-da Aİ ölkələri səkkizinci anti-Rusiya sanksiyalar paketini təsdiqləyib. Nəticədə Rusiyadan polad məmulatlarının idxalına qadağa uzadılıb, kömür, plastik, kimyəvi maddələrin ixracı, Rusiya təşkilatlarına İT xidmətlərinin göstərilməsi və hüquqi xidmətlərin göstərilməsi qadağan edilib.

Azpost.info

Əvvəlki məqalə

“Moskva ilə Kiyev arasında barışıq şansı yoxdur”

Sonrakı məqalə

“Azərbaycanla birgə Avropanın enerji təhlükəsizliyinin təmini üçün işə başlamışıq” –