Latviyanın Baş naziri Krişyanis Karinış Avropa İttifaqını ruslar üçün bütün turist vizalarını ləğv etməyə çağırıb.
Azpost.info xəbər verir ki, o, bunu nəhəng immiqrasiya dalğası riski səbəbindən vacib sayıb.
“Düşünürəm ki, siyasi dissidentlər artıq gediblər. İndi mühacirət üçün bir çox başqa səbəbləri və naməlum baxışları olan insanlarla qarşılaşmalı olacağıq”, – Karinış deyib.
Azpost.info