Avropa İttifaqı (Aİ) Ukrayna silahlı qüvvələrinə dəstək üçün daha 500 milyon avro ayırıb.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel “Twitter“də bildirib.
Bildirilib ki, bu, hərbi yardımın beşinci tranşıdır.
Vəsaitin ayrılması ilə bağlı siyasi razılıq mayın 18-də Aİ xarici işlər nazirlərinin görüşündə əldə olunub.