Avropa İttifaqı Şurası COP29 naminə Bakı ilə əməkdaşlığa ümid edir

Avropa İttifaqı (Aİ) Şurası COP29-un uğurlu nəticələri naminə Azərbaycanla əməkdaşlığa ümid edir.

Bu barədə Aİ Şurasının martın 18-də təsdiqlədiyi “Yaşıl Diplomatiya” ilə bağlı nəticələrində qeyd edilib.

“Şura Birləşmiş Ərəb Əmirliklərinə Dubayda BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP28) ev sahibliyi etdiyi üçün təşəkkür edir və BƏƏ konsensusunun qəbul edilməsini alqışlayır. Aİ COP29 və COP30-un nəticələrinin uğurlu və iddialı olması istiqamətində hazırkı sədrlik üçlüyü – Birləşmiş Ərəb Əmirlikləri, gələcək COP sədrlikləri Azərbaycan və Braziliya da daxil olmaqla, bütün tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyir”, – deyə sənəddə vurğulanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.