Avropa İttifaqı Şurasının Prezidenti Şamaxı Cümə Məscidinə gedib

18 İyul 2021 - 11:27

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir.

Aİ Şurasının Prezidenti Şarl Mişel Şamaxı rayonunda Cümə Məscidində olub.

Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb. Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.