Avropa İttifaqı ukraynalı qaçqınlara xüsusi imkanlar tanıyacaq

Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq ukraynalı qaçqınlar üçün Müvəqqəti Müdafiə Direktivlərini aktivləşdirəcək.

Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” Brüsseldəki avropalı rəsmiyə istinadən məlumat yayıb.

“Tarixdə ilk dəfə Müvəqqəti Müdafiə Direktivləri bu gün qüvvəyə minəcək. Bu, mövcud olan, lakin heç vaxt tətbiq edilməmiş qanunvericilik vasitəsidir. Direktivlər aktivləşdirildikdə, bu, Ukrayna vətəndaşlarının ilkin dövr üçün 12 ay müddətinə avtomatik müdafiə ilə təmin olunmasına imkan verəcək. Daha sonra bu müddət altı ay uzadıla bilər”, – avropalı rəsmi bildirib.

O, həmçinin qeyd edib ki, Aİ ölkələri xeyli sayda ukraynalı qaçqını qəbul edib: “Dünən mən Polşadan olan həmkarımla danışdım və dedi ki, bu, inanılmazdır. Polşa hökuməti olaraq ukraynalı qaçqınların köçürülməsi üçün 100 min yer hazırlayıblar. Lakin bu yerlərin heç biri istifadə olunmayıb. Dedi ki, Polşa-Ukrayna sərhədində böyük tıxac yaranıb. Polşalılar Ukraynadan gələn qaçqınları qarşılamaq və onlara öz evlərində sığınacaq təklif etmək üçün avtomobilləri ilə sərhədə yollanıblar”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya – Ukrayna danışıqlarında fasilə elan edilib

Sonrakı məqalə

Rusiya Ukrayna danışıqlarının üçüncü raundu başlanıb