Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya 1 milyard avro kredit ayrılmasını təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib.
Kredit Aİ-nin Ukraynaya makromaliyyə yardımı paketinin bir hissəsidir.
“Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyini artırdı – nazirlər indicə 1 milyard dollar krediti təsdiqlədilər… Ukrayna müharibə şəraitindədir, maliyyəyə çox ehtiyacı var”, – Dombrovskis “Tvitter” hesabında yazıb.
Azpost.info
