Avropa İttifaqı Ukraynaya alternativ yardım paketi hazırlayır

Fevralın 1-də keçiriləcək sammit zamanı Aİ ölkələri Ukraynaya 50 milyard avro dəyərində 4 illik dəstək proqramını təsdiq edə bilməsələr, Kiyevə alternativ yardım paketi ayrılacaq. Hazırda Brüssel bu paketin hazırlanmasınnın üzərində işləyir.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Belçikanın Baş naziri Aleksandr De Kroonla birgə mətbuat konfransında deyib.

“Əsas prioritet bütün 27 Aİ ölkəsi arasında razılığa gəlməkdir, lakin biz artıq başqa plan üzərində işləyirik”, – AK rəhbəri bildirib.

Onun sözlərinə görə, yeni ildən əvvəl Aİ Ukraynaya 2023-cü il üçün 18 milyard avroluq yardım proqramının son tranşı olan bir yarım milyard avro köçürüb.

Ursula fon der Lyayen rəsmi alternativ paketin təfərrüatlarını açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərlənib

Sonrakı məqalə

37 ölkədə 49 seçki məntəqəsi yaradılıb