“Avropa İttifaqı üzvlüyünə dair referendum keçirəcəyik” –Ermənistan parlamentinin spikeri

Bizim cəmiyyətimiz Avropa İttifaqının bir hissəsi olmağa qərar verib.

Bu barədə Latviyada səfərdə olan Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, bir neçə gün əvvəl parlamentdə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsi məsələsinin müzakirə olunduğunu xatırladıb. “Düşünürəm ki, yaxın gələcəkdə bizdə bu referendum olacaq və əminəm ki, xalqımız “hə” deyəcək”, – Simonyan əlavə edib.

“Uzunmüddətli sülh üçün dəstəyə ehtiyacımız var. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırıq. Beləliklə, Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var”, – Simonyan deyib.

Əvvəlki məqalə

Ermənistanla sülh danışıqlarında əhəmiyyətli proqres var, açıq qalan məsələlərin sayı azalıb

Sonrakı məqalə

“Cənubi Qafqazda sülhü bərqərar etmək təkcə Azərbaycanın deyil, Orta Asiyanın da vəzifəsidir”