Avropa İttifaqının komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşüb

08 İyul 2021 - 13:31

Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə Aİ komissarı “Twitter”də bildirib.

“Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə xüsusilə əlaqələnməni vurğulayaraq, İqtisadi və İnvestisiya Planının reallaşdırılması ətrafında vacib fikir mübadiləsi apardıq. Həmçinin COVID-19-un yaratdığı çətinliklərə cavab verilməsi barədə danışdıq”, – deyə Aİ komissarı qeyd edib.