“Avropa İttifaqı Cənubi Qafqazda sülh naminə fəaliyyəti ilə bağlı tam şəffaf olub və bu belə də olacaq”.
Azpost.info bildirir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında bildirib.
“Biz bundan sonra da xalqların və xalqların rifahı üçün çalışacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, Ermənistanda yerləşən Avropa müşahidəçi missiyasının beynəlxalq ictimaiyyət, İrəvan və Bakı qarşısında hesabat verməməsi Aİ-nin yerlərdəki fəaliyyətində gizli məqamlardan xəbər verir.
Onların mülki xarakterli pərdə altında mandatında ikinci cığırın olması ilə bağlı şübhələr var.
“Ermənistanda Avropa müşahidəçi bazalı mərkəzlərin sayının artırılmasının Ermənistan-Azərbaycan münasibətlərində sabitlik və sülhün bərqərar olması ilə heç bir əlaqəsi yoxdur”- Mariya Zaxarova bildirib