Avropa Komissiyası “Telegram”ın təsisçisinin həbsinə reaksiya verməkdən imtina edib

Avropa Komissiyası Telegram-ın həmtəsisçisi Pavel Durovun Fransada saxlanmasına münasibət bildirməkdən imtina edib.

Azpost.info bildirir ki, AK bunu “ölkənin imilli araşdırması” adlandırıb.

“Bu, milli araşdırmadır, biz bunu şərh etmək niyyətində deyilik, Fransa hakimiyyətinə müraciət edin”, – deyə Avropa Komissiyasının mətbuat xidməti bildirib.

“France Info” mənbələrə istinadən xəbər verir ki, “Telegram”ın təsisçisi Pavel Durovla bağlı təhqiqatı Jandarmın kibercinayətkarlıq bölməsi və dələduzluqla mübarizə şöbəsi aparır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.