Avropa Komissiyasının rəhbəri vəzifəsinə ən şanslı namizədin adı- AÇIQLANDI

Avropa Parlamentinin Sosial Demokratlar fraksiyası Finlandiyanın hazırkı Baş naziri Sanna Marini Avropa Komissiyasının rəhbəri vəzifəsində görmək istəyir.

Azpost.info xəbər verir ki, fraksiya daxilindəki mənbələrin bildirdiyinə görə, Marin qalmaqallarla ləkələnməyən reputasiyası və Ukrayna münaqişəsi ilə bağlı mövqeyi sayəsində Avropa İttifaqının ali icraedici orqanının rəhbəri vəzifəsinə əsas namizəd ola bilər.

Parlamentdə və ümumilikdə Brüsseldə Marin “siyasi superulduz” hesab olunur, adı qalmaqallara qarışmır, ölkə hüdudlarından kənarda, xüsusən də Ukrayna ilə bağlı açıqlamalarına görə məşhurdur”, – komissiyadakı sosialistlərə yaxın mənbə bildirib.

Azpost.info

Əvvəlki məqalə

Putin Təhlükəsizlik Şurası katibinin köməkçisini istefaya göndərdi

Sonrakı məqalə

Azərbaycanda daha 43 nəfər COVID-19-a yoluxub