Avropa Komissiyasının Vitse-Prezidenti Azərbaycana gəldi

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.

Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam”, – Kallas qeyd edib.

Onun sözlərinə görə, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.

“Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq bizim fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır”, – Aİ rəsmisi əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.