“Avropa koronavirus pandemiyasının episentrinə çevrilib” –

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru
14 Mart 2020 - 03:30

Avropa koronavirus infeksiyasının səbəb olduğu pandemiyanın episentrinə çevrilib.

“TASS” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

“Avropa hazırda pandemiyanın mərkəzinə çevrilib, Çinlə yanaşı olan ölkələrlə müqayisdə oradan daha çox sayda yoluxma və ölüm halları ilə bağlı məlumatlar gəlir”, – Baş direktor belə deyib.