Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.
Bu barədə Finlandiya Prezident Administrasiyasından bildirilib.
Məlumata görə, telefon danışığına Avropa liderləri tərəfindən təşəbbüs göstərilib. Stubb söhbəti “açıq və mənalı” adlandırıb, Störe isə avropalıların Ukrayna münaqişəsinin deeskalasiyasının vacibliyini vurğuladıqlarını bildirib.
Finlandiya Prezidenti və Norveç Baş nazirinin Putinlə telefon danışığı Əbu-Dabidə keçiriləcək görüşlərlə bağlı olub.
Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynadakı münaqişənin başa çatdırılması üçün Rusiya ilə birbaşa dialoqun zəruri olduğunu etiraf edib. O, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe ilə birlikdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra bildirib.
Finlandiya Prezidentinin dəftərxanasının yaydığı məlumata görə, Stubb qarşıdurmanın nəticələrinin təkcə Skandinaviya ölkələrinin deyil, bütün Avropanın təhlükəsizliyinə təsir edəcəyini vurğulayıb.
“Vladimir Putinlə söhbət səmimi və əhəmiyyətli oldu. Biz – Finlandiya və Norveç Rusiya ilə həmsərhədik. Münaqişənin nəticələri ölkələrimizin və Avropanın müdafiəsi üçün birbaşa nəticələr doğuracaq. Münaqişənin başa çatdırılması üçün birbaşa dialoq zəruridir”, – deyə Stubb bildirib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putinin Norveç və Finlandiya liderləri ilə mümkün söhbətini nə təsdiq, nə də təkzib edib.
