Avropa Məhkəməsi Hüseyn Abdullayevlə bağlı qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan keçmiş deputat və iş adamı Hüseyn Abdullayevlə bağlı qərar verib.

Vəkil Cavad Cavadov bildirir ki, qərara görə, Azərbaycan hökuməti H.Abdullayevin hər hansı təcili tibbi müdaxiləyə ehtiyacı olub-olmadığını müəyyən etmək üçün onu əlavə hərtərəfli müayinələrdən keçirməli və bununla bağlı məhkəməyə məlumat verməlidir. “Eyni zamanda, Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən, onun işinə prioritet qaydada baxılması qərara alınıb”, – vəkil əlavə edib.

Qeyd edək ki, Hüseyn Abdullayevlə bağlı təcili tədbir görülməsi üçün Avropa Məhkəməsinə məktub göndərilib.

Keçmiş deputat Hüseyn Abdullayev 6 ildən çoxdur həbsdədir. Sağlıq durumuna görə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə qoşulub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.