Avropa meymunçiçəyinin ocağına çevrilir –ÜST

Avropa tədricən meymunçiçəyinin ocağına çevrilir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Hans Kluqe deyib.

Kluqe bildirib ki, qitədə xəstəliyin geniş yayılma riski mövcuddur: “Artıq 25 Avropa ölkəsində 1500-dən çox xəstə aşkar edilib. Bu da dünyadakı ümumi sayın 85%-dir”.

Kluqe əlavə edib ki, başlıca prioritet xəstəliyin arealının genişlənməsinin qarşısını almaqdır.

Əvvəlki məqalə

Reyqana güllə atan şəxsin üzərindən ittiham götürülüb

Sonrakı məqalə

Xaçmazda kişini ağaca bağlayıb yandırdılar