Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsi korrupsiyada şübhəli bilinən iki deputatın – belçikalı Mark Tarabella və italiyalı Andrea Kotsolinonun toxunulmazlığının ləğv edilməsini dəstəkləyib.
Azpost.info xəbər verir ki, bu barədə Avropa Parlamentinin Fransadan olan deputatı Manon Obri məlumat verib.
“Hüquq Məsələləri Komitəsi bu deputatların toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı hesabatlarımı yekdilliklə təsdiqlədi”, – deputat yazıb.
Deputatların toxunulmazlığı ilə bağlı yekun qərar cümə axşamı Avropa Parlamentinin plenar iclasında qəbul ediləcək.
Azpost.info
