Avropa patrul missiyası Azərbaycan-Ermənistan sərhədini tam əhatə edəcək

Ermənistanda yerləşdiriləcək Aİ-nin mülki missiyasını təxminən 100 nəfərdən ibarət olacaq.

Bu barədə Aİ-nin mülki missiyasına Ermənistan İctimai Televiziyasının göndərdiyi yazılı sorğuya cavabında bildirilib.

Missiyanın yaxın həftələrdə fəaliyyətə başlayacağı vurğulanıb.

Aİ-nin mülki missiyasının Ermənistanın bir neçə şəhərində yerləşdiriləcəyi, Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan dövlət sərhədini tam əhatə edəcəyi əlavə edilib.

Qeyd edək ki, Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul edib.

Əvvəlki məqalə

Bakıda 38 yaşlı dustaq həbsxanada öldü

Sonrakı məqalə

Azərbaycan və İran XİN rəhbərləri görüşüb