Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb

User 22 İyun 2026 - 20:00 (Last updated: 22 İyun 2026 - 20:59)
vəkili

vəkili

22 iyun tarixində Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyindən  verilən xəbərə görə, görüş zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.

“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 16 iyun 2016-cı il tarixli qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edildiyi halda, hazırkı qərarda həmin ərazilərin müstəqil subyekt kimi “DQR” adlandırılmasının beynəlxalq hüquqa və məhkəmə prosedurlarına zidd olduğu bildirilib.

Bundan əlavə, məhkəmənin məlum qərarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyanın istifadəsinə etiraz bildirilib. “Azərbaycanla ‘DQR’ arasında təmas xətti”, eləcə də qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələrin qərarda yer almasının keçmiş qanunsuz separatçı rejimi legitimləşdirmək cəhdi olduğu qeyd olunub.

Görüş zamanı Azərbaycan Respublikasının məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb.

AzPost.az

Post navigation

Previous: “Yeni qaydalar QHT sektorunun daha çevik işləməsinə töhfə verəcək”
Next: “Müəllimlərin ehtiyaclarını anlamaq vacibdir”

Oxşar xəbərlər

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.