Avropa Şurasının baş katibi Qarabağa getməyə icazə gözləyir

“Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hər iki ölkə ilə danışıqlara başlamışıq”.

Bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa Şurasına üzv olan bəzi ölkələrdə hələ də həllini tapmayan münaqişələr var. Baş katib bildirib ki, Avropa Şurasının bu bölgələrə maneəsiz daxil olması monitorinq prosesi üçün vacibdir.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, etimadın qurulması tədbirləri tərəflər arasında münaqişənin həll olunması üçün ən vacib amillərdən biridir və hər iki dövlət buna etiraz etmədikcə bu mövzuda işlər davam etdiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir