“Avropa ölkələrində yaşayan ruslar xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında olmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib.
Onun sözlərinə görə, Ukrayna ilə müharibəyə qarşı çıxsalar da, bunu etmək lazımdır.
“Davam edən müharibə zamanı Rusiya vətəndaşları üçün təhlükəsizlik tədbirləri adi vaxtlardan daha sərt olmalıdır. Qərb ölkələrində yaşayan bütün Rusiya vətəndaşları əvvəlkindən çox daha yaxından izlənilməlidir. Çünki onlar işğalçı müharibə aparan bir xalqın nümayəndələridir”, – Çexiya lideri bildirib.
Azpost.info