“Avropada heç kim Ukraynaya qoşun göndərmək fikrində deyil”.
Azpost.info bildirir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala CTK-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu təklif Parisdə Ukraynaya yardımla bağlı keçirilən sammitdə qısa bir vaxt ərzində müzakirə olunub. Fialanın verdiyi məlumata görə, ideya Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb.
“Məsələn, Fransadan olan bəzi əsgərlər Ukrayna ərazisində olsalar, təlimlərdə kömək etsəydilər, faydalı olardı”, – Fiala Makronun sözlərini misal gətirib.
Onun sözlərinə görə, Paris sammitində iştirak edənlərin böyük əksəriyyəti qoşunların göndərilməsi məsələsinin müzakirə olunmaması, hətta bundan sonra da nəzərdən keçirilməməsi qənaətinə gəlib.
“Bu mövzu deyil. Çünki ölkələrin böyük əksəriyyəti üçün bu ideya qəbuledilməzdir. Avropada heç kim Ukraynaya qoşun göndərmək fikrində deyil”, – Fiala bildirib.
Azpost.info