Avropada koronavirusdan ən çox ölümün qeydə alındığı ölkə dəyişdi

05 May 2020 - 13:53

Böyük Britaniya pandemiya qurbanlarının sayına görə Avropada birinci yerə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Statistika Komitəsi yayıb.

Yenilənmiş statistikaya görə, krallıqda koronavirusdan ölənlərin sayı 30 000-dən çoxdur.

Beləliklə, Böyük Britaniya ABŞ-dan sonra dünyada koronavirusun ən çox ölümə səbəb olduğu ikinci ölkədir.

Qeyd edək ki, ötən gün ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında 28 734 nəfərin pandemiya qurbanı olduğu bildirilmişdi.