Avropada qazın qiyməti 900 dolları keçdi

qaz tebii

Avropada birja ticarəti zamanı qazın qiyməti min kubmetr üçün 900 dolları keçib.

Bu, 2022-ci ilin dekabrından bəri ilk dəfə baş verir. Bu barədə London birjasının ICE məlumatları göstərir.

Niderlanddakı TTF qaz habında oktyabr fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 903 dollara, yaxud 1 MVt/saat üçün 75,325 avroya yüksəlib.

Avropada qazın qiymətinin artmasına qarşıdakı qış mövsümü ərəfəsində qaz anbarlarındakı ehtiyatların rekord dərəcədə aşağı olması və Yaxın Şərqdə davam edən münaqişə təsir göstərir.

AzPost.az