“Avropanın missiyası Rusiyanı sıxışdırmaq üçün İrəvana gəlib” –Kirill Loqvinov

“Avropa İttifaqının Ermənistanda missiyasının məqsədi erməni-azərbaycanlı münasibətlərinin normallaşmasında Rusiyanın əldə etdiyi nəticələrdən istifadə edərək postsovet məkanında möhkəmlənmək cəhdidir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Kirill Loqvinov RİA-ya açıqlamasında deyib. “Bu,  Brüsselin nəticələrdən istifadə edərək hansısa “vasitəçi” rolunu oynamaq cəhdidir”.

Onun sözlərinə görə, burada Rusiyanın təhlükəsizlik qarantı kimi tarixi rolunu neytrallaşdırmağa cəhd olunur.

Xatırladaq ki, fevralın 20-də Ermənistanda Avropa İttifaqının 200 nəfərlik mülki misisyası yerləşdirilib.

 

Əvvəlki məqalə

“Mingəçevir” futbol komandasının oyunçuları qəzaya düşüb

Sonrakı məqalə

Müşfiq Əmirov sədr seçildi