“Avropanın strateji mərkəzi Şərqə doğru yön alır” – NATO Baş katibinin müavini

“Ukraynadakı döyüşlər səbəbindən Avropanın strateji mərkəzi yer dəyişərək Şərqə doğru yön alır”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coane bildirib.

“Düşünürəm ki, Avropada yaranmış yeni vəziyyət Şərq cinahının strateji əhəmiyyətli ölkələrinin, o cümlədən Rumıniyanın iqtisadi, siyasi və texnoloji baxımdan əhəmiyyətli olmasına şərait yaradır. Ağırlıq mərkəzi Şərqə – bizim yararlanmalı olduğumuz yeni reallığa doğru yön alır”, – NATO yetkilisi deyib.

Coane onu da qeyd edib ki, NATO Ukraynaya dəstəyini davam etdirəcək və hərbi əməliyyatların daha da genişlənməsinin qarşısını almağa çalışacaq.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik”

Sonrakı məqalə

Britaniya hökumətinin daha bir naziri Consonun namizədliyini dəstəklədi