“Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi məlum oldu –CANLI

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi məlum olub. Yarışmada İtaliya qalib gəlib.

Fransa 2-ci, İsveçrə 3-cü yeri tutub.

Azərbaycanı yarışmada “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edib. Azərbaycan təmsilçisi müsabiqədə 20-ci yerdə qərarlaşıb. Münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayaraq cəmi 65 səs toplayıb.

Azərbaycan 20-ci yeri tutub.

**

Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin final mərhələsi keçirilir.

Ölkəmizi mahnı müsabiqəsində təmsil edən Samira Efendi 21-ci sırada yer alıb.

O, müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs olan “Mata Hari” mahnısını ifa edəcək.

Final mərhələsində 26 ölkə təmsilçisi çıxış edir.

Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarımfinalı isə 2 gün sonra baş tutub.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi “Arcade” mahnısı ilə niderlandlı Dunkan Lourens olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan güləşçisi Avropa çempionu olub

Sonrakı məqalə

Sabahdan 113 nömrəli avtobuslarda gediş haqqı kartla olacaq