Bu ilin may ayında Avrozonada illik inflyasiya 0,1% səviyyəsində reallaşıb.
“Report” “Eurostat”a istinadən xəbər verir ki, bu göstərici ilə inflyasiya son 4 ilin minimumuna enib.
Məlumata görə, koronavirus səbəbi ilə ərzaq məhsullarının qiymətinin artmasına baxmayaraq, enerji xərcləri 12% azalaraq son 10 ilin minimumunu yeniləyib.