Avstraliya hökuməti Qüdslə bağlı qərar dəyişikliyini təsdiqlədi- AÇIQLAMA

Avstraliyanın xarici işlər naziri Penni Vonq əvvəlki hökumətin Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının ləğv edildiyini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

O, Avstraliyanın hazırkı sol mərkəzçi hökumətinin Qüdsün yekun statusunun sülh danışıqları yolu ilə həll edilməli olduğuna inandığını bildirib.

Qeyd edək ki, 2022-ci ilin mayında gələn hakimiyyət əvvəlki hökumətin Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını ləğv edib. Bu barədə ilk olaraq dünən “The Guardian” məlumat yayıb. Nəşrin məlumatına görə, son bir neçə gündə Avstraliya Xarici İşlər Nazirliyinin saytından iki bəyanat silinib.

Birinci bəyanatda 2018-ci ilin dekabrında Avstraliyanın Knessetin və İsrail hökumətinin bir çox qurumlarının yerləşdiyi Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirilirdi.

İkinci bəyanatda qeyd olunurdu ki, Avstraliya iki dövlətin yekun statusu müəyyən edildikdən sonra səfirliyini Qərbi Qüdsə köçürməyi səbirsizliklə gözləyir. Avstraliya səfirliyi həmişə Tel-Əvivdə olub.

BMT Baş Assambleyasının 29 noyabr 1947-ci il tarixli 181 saylı qətnaməsi beynəlxalq ictimaiyyətin Qüdsün gələcəyinə nəzarəti ələ alacağını nəzərdə tuturdu. 1949-cu ildə İsrail Qüdsü özünün paytaxtı elan etdi. 1967-ci ildə 6 günlük müharibədə İsrailin Şərqi Qüdsü ələ keçirməsindən sonra bir çox dinlərin müqəddəs məkanlarına giriş üçün kompromis həll yolu hazırlanmışdı.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Ukrayna İranı hədələdi –

Sonrakı məqalə

Şair Yafəs Türksəs vəfat edib